9 sentyabrda koronavirusa yoluxan Ukrayna prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə açıqlama verən Zelenskinin sözçüsü məsələni təsdiqləyib:
“Diaqnoz qoyulduqdan sonra evinə getmişdi. Ancaq xəstəliyini heç kimə keçirməmək və daha dəqiq təcrid olunmaq üçün xəstəxanaya getməyin doğru olduğunu düşündü. Çünki orada xəstələr üçün şərtlər daha uyğundur. Ciddi bir məsələ yoxdur”.
Xatırladaq ki, Zelenskinin həyat yoldaşı Olena da 15 iyunda koronavirus diaqnozu qoyulmuşdu. Hazırda isə onun səhhətində heç bir problem yoxdur.
İnterpress.az






