Bir neçə yüz nəfərin iştirakı ilə Yerevanda opera teatrının qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətindən narazı olanların aksiyası keçirilib.
Bildirilib ki, polislər etirazçıları mühasirəyə alıb.
Xatırladaq ki, noyabrın 11-də Yerevanda Azadlıq meydanında Ermənistan müxalifəti mittinq keçirməyə cəhd göstərib. Onlar noyabrın 10-da Qarabağ məsələsi üzrə bəyanata etiraz ediblər. Aksiyanın təşkilatçıları Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
İnterpress.az






