Dünya azərbaycanlılarından dövlət başçısına təşəkkür məktubları gəlməkdə davam edirbackend

Dünya azərbaycanlılarından dövlət başçısına təşəkkür məktubları gəlməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunan soydaşlarımızdan təşəkkür məktubları gəlməkdə davam edir.

Diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyaların yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə təltif edilən soydaşlarımız dövlət başçısı möhtərəm cənab İlham Əliyevə təşəkkür edirlər.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin sədri Fərid Məmmədov, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oyta, “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alım Seymur Nəsirov, Qazaxıstan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Natiq İbrahimov, Azərbaycanın Əməkdar incəsənət xadimi,Türkiyənin Yedetepe Universitetinin professoru, rəssam Rafiq Əziz, Azərbaycan Təhsil və Kültür Dərnəyinin İdarə Heyətinin sədri, tədqiqatçı-alım, yazar Aygün Həsənoğlu, Eskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Məmmədov, Gənc Azərbaycanlılar Dərnəyin İdarə heyətinin sədri Sənan Quliyev, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri, vəkil Yakup Bulut, Azərbaycanın xalq artisti, professor Cahangir Novruzov, İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyinin sədri Mülazim Pasha, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İğdır Azərbaycan evinin rəhbəri Serdar Ünsal və digər soydaşlarımız tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlanmış məktublarda bildirilir ki: “Biz fəaliyyətlərimizi böyük Azərbaycanımız qarşısında borc hesab edirik”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən diaspor siyasəti üçün Dövlət Komitəsinə minnətdarlıq edən soydaşlarımız bundan sonra da hər zaman Vətənimizin yanında olacaqlarını vurğulayır, dövlətimizin dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə milli maraqlarımızın qorunması üçün əllərindən gələni edəcəklərini bildirirlər.

 

İnterpress.az