Azərbaycan diplomatı Qazaxıstanda qızıl medalla təltif olundubackend

Azərbaycan diplomatı Qazaxıstanda qızıl medalla təltif olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nur Sultan şəhərində Beynəlxalq Türk Akademiyasında Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş  konfransı başlayıb.

İnterpress.az xəbər verir ki, konfransda türk dünyasının tanınmış türkoloq alimləri, diplomatları və ziyalıları  iştirak edir. Konfransda   “Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti , “Azərbaycan Xalq Cümhuriyyəti” ,   Azərbaycanın Milli Məclisinin deputatı Qənirə Paşayevanın  “İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri”  kitablarının təqdimatı olub.

Beynəlaxalq Türk  Akademiyasının prezidenti  dr.Darxan Kıdıralı Azərbaycanın Türk dünyasına verdiyi töfhələr sırasında Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun saysız xidmətlərinin olduğunu bildirib.

Türk dünyası və Beynəlxalq Türk Akademiyası qarşısındakı xidmətlərinə görə  Azərbaycan elçisi Rəşad Məmmədovu  akademiyanın “Qızıl medalı”  ilə təltif edilib. Bildirilib ki, Türk Akademiyası yarandığı gündən  Rəşad Məmmədov  ilk səfirdir ki, bu   medala layiq görülür.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov  Beynəlxalq Türk Akademiayasının  bizim ortaq dəyərli ölkələrimiz və xalqlarımızın ifadəsi olaraq yarandığını qeyd edib. Təşkilatın Türk dövlətlərinin  ortaq tarixinin, coğrafiyasının  elmi işlərini ortaya qoymaqla yanaşı, həm də ortaq dərdlərimizə çağırışlar etdiyini, 44 günlük müharibədə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdan  yorulmadığını,  Dr. Darhan Kıdırlaıın bizim haqq yolumuzda yanımızda olduğunu bildirib.

Konfrans  işini bu gün sona çatdıracaq.