Şuşa şəhərində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan dördotaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.
Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İnterpress.az