YTB-dən Azərbaycanla bağlı önəmli qərarbackend

YTB-dən Azərbaycanla bağlı önəmli qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abdullah Eren: Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı şəhidlərin övladları üçün“Türkiyə bursları” proqramı çərçivəsində xüsusi kvota ayrılıb

Azərbaycan tarxinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin ilk saatlarından son anına qədər daim bizə siyasi və mənəvi dəstək verən qardaş Türkiyə müharibədən sonrakı prosesdə də hərtərəfli dəstəyini göstərir. Belə ki, Türkiyənin istər dövlət qurumları, istərsə də özəl şirkətləri və iş adamları həm işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərində yaxından iştirak edir, həm də şəhid ailələri və qazilərə dəstəklərini əsirgəmirlər.

Qardaş ölkədən növbəti belə dəstək isə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsindən (YTB) gəlib. “TRT Avaz”ın canlı yayımında qonaq olan sözügedən qurumun başkanı Abdullah Eren deyib ki, Azərbaycanın torpaqlarının işğaldan azad olunması zamanı misilsiz qəhrəmanlıqlar göstərərək şəhid olanların övladları ilə bağlı YTB tərəfindən qərar qəbul edilib. Qərara əsasən, Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı şəhidlərin övladları üçün xüsusi bir kvota ayrılıb: “Türkiyə bu haqlı mübarizəsində hər zaman Azərbaycanın yanında olduğu kimi, şəhidlərin övladlarını da Türkiyə universitetlərində oxudaraq, təhsil sahəsində də Azərbaycanın yanında olduğunu göstərməyə qərar verib. Belə ki, Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı şəhidlərin övladları üçün“Türkiyə bursları” proqramı çərçivəsində xüsusi kvota ayrılıb”.

Xatırladaq ki, “Türkiyə bursları” proqramı çərçivəsində Türkiyə universitetlərində təhsil alanların təhsil, qalmaq və yemək haqqı Türkiyə dövləti tərəfindən qarşılanır. Ayrıca bu haqqı qazanan tələbələrə Türkiyə dövləti, yəni YTB tərəfindən aylıq təqaüd də verilir.