Britaniyanın cənub-qərbindəki Plimut şəhərində baş vermiş atışma zamanı 6 nəfər həlak olub.
Bu barədə polis məlumat yayıb. Həlak olanlardan biri hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Onunla birlikdə atışma zamanı 2 qadın və 2 kişi də hadisə yerində ölüblər. Daha bir yaralı isə xəstəxanada dünyasını dəyişib.
“Times” qəzeti isə şahidlərə istinadən həlak olanlardan birinin 5 yaşlı qız olduğunu xəbər verib.
İnsident yerli vaxtla saat 18:10-da (Bakı vaxtı ilə saat 21:10-da) Biddok-Drayv küçəsində baş verib.
Polis hadisənin başvermə səbəbini açıqlamayıb. Hadisə ilə bağlı təhqiqat aparılır. “Guardian” isə insidentin ailə münaqişəsi səbəbindən baş verdiyini bildirib.