Erməni depuatlara mobil telefon qadağası – Yeni məhdudiyyətbackend

Erməni depuatlara mobil telefon qadağası – Yeni məhdudiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Məclisində yeni məhdudiyyətlər qüvvəyə minib.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri millət vəkillərinin Milli Məclisinin iclas otağına telefon gətirməsini qadağan etməklə bağlı təklif səsləndiriblər.

Belə bir fikrin son vaxtlar parlamentdə baş verən hadisələrdən sonra ortaya çıxıb.

Təhlükəsizlik işçiləri jurnalistləri deputatlar arasındakı davaları lentə almağı qadağan etdikdən sonra müxalif millət vəkilləri bu işi icra etməyə başlayıb və çəkdikləri videoları sosial şəbəkələrdə yayıblar.

İndi vətəndaşlar bu hadisələri görməsin deyə, hökumət yeni məhdudiyyət üsulları üzərində düşünür.

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyası daxili müzakirələr aparıb və müvafiq təkliflə parlament rəhbərliyinə müraciət etmək qərarına gəlib.

Müxalifət isə belə bir ssenarinin əleyhinədir.