Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanıyır?backend

Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanıyır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Satınalmaları Vahid İnformasiya Saytında iki həftədir, yumşaq desək, qəribə bir elan yerləşdirilib. Belə ki,  0173100004521001645 nömrəli sifarişdə belə deyilir:

“Dağlıq Qarabağ Respublikası ərazisində Rusiya Müdafiə Nazirliyinin hərbi şəhərciklər kazarma-mənzil fonduna kompleks xidmətin təşkili və həyata keçirilməsi xidmətlərinin göstərilməsi”.

Xidmətin sifarişçisi – RUSİYA FEDERASİYASININ MÜDAFİƏ NAZİRLİYİ

Başlanğıc qiyməti – 151 414 088,10 rubl. Sifariş avqustun 13-də yerləşdirilib.

Üç həftə keçməsinə baxmayaraq, Azərbaycan XİN və Moskvadakı səfirlik susur.

VİS-də səhvə yol verilibsə, onu düzəltməyən Rusiya Müdafiə Nazirliyinin mövqeyi də aydın deyil.

Bu, Rusiya hərbi idarəsinin şüurlu və ya şüursuz addımıdırsa, Bakı ən yüksək səviyyədə izahat tələb etməlidir.