“Yaxın günlərdə ali təhsil müəssisələri və orta ixtisas müəssisələrində təşkilati məsələlərlə bağlı qaydalar hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq”. bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, əyani təhsilə keçiddə böyük auditoriyalarda çoxlu sayda tələbə ilə mühazirələrin keçirilməsinin əleyhinəyik:
“Biz mühazirələrdə təxminən 50 nəfərin iştirakını nəzərdə tuturuq”.