Şou-biznes əhli sənətə gəlməmişdən öncə özünü müxtəlif peşələrdə sınayıb. MTV Azərbaycan məşhurların şou-biznesə gəlməmişdən öncə məşğul olduqları sənəti araşdırıb:
Rəqsanə İsmayılova: Müğənniliyə gəlməmişdən öncə qabyuyan işləyib.
Əməkdar artist Mətanət İsgəndərli: Dəmiryol xəstəxanasının bufetində çalışıb.
Sevda Yəhyayeva: Anasının mağazasında satıcı işləyib, piroq satırmış.
Zamiq Hüseynov: Mağazada satıcı işləyib.
Niyam Salami: Fəhlə kimi çalışıb.
Prodüser Tarix Əliyev (Tolik): Restoranlarda ofisiant kimi fəaliyyət göstərib.
Əməkdar artist Bəhram Bağırzadə: Yay tətillərində fəhlə işləyib və Şıxov çimərliyində butulka yığaraq pul qazanıb.
Xalq artisti Brilliant Dadaşova: Oxumaqdan əlavə qadın məclislərində musiqi alətlərində ifa edirmiş.
Namiq Qaraçuxurlu: 8-ci kilometr bazarında satıcı işləyib.
Əməkdar artist Ədalət Şükürov: Müğənni vaxtilə rejissorluq, dizayner, rəssamlıq və bizneslə məşğul olub.
Elçin Cəfərov: “Binə bazarı”nda satıcı olub. O, stomotoloq olan qardaşı İlkinlə birgə geyim mağazasında satıcı işləyib.
Xatirə İslam: Populyarlıq qazanmamışdan öncə 5 il tibb bacısı kimi fəaliyyət göstərib.
Nigar Camal: İllər əvvəl iqtisadçı olub.
Xalq artisti Tünzalə Ağayeva: Müğənni doğulduğu Tovuz rayonunda piano müəllimi işləyib.
Xalq artisti Aygün Kazımova: İdmançı olub. O, 10-cu sinifdə kapitanı olduğu qızlardan ibarət həndbol qrupundan ayrılıb.
Nadir Qafarzadə: Ofisian, satıcı, aşpaz işləyib, elə çalışdığı restoranda da oxumağa başlayıb.
Roza Zərgərli: Müğənnilikdən əvvəl prodüser kimi çalışıb.