Çeçenistan rəhbəri vəzifəsinə keçirilən seçkilərdə Ramzan Kadırov 99.66 faiz səslə liderdir.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK artıq bülletenlərin 65 faizinin sayıldığını açıqlayıb.
Onun rəqibiləri Ədalətli Rusiya – Həqiqət uğrunda Partiyasından olan İsa Hacımuradov 0.19 faiz, Kommunist Partiyasının namizədi Xalid Nakayev isə 0.15 faiz səs toplayıb.