Vüsalə Əlizadə qardaşının məzarı başında fəryad etdibackend

Vüsalə Əlizadə qardaşının məzarı başında fəryad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Vüsalə Əlizadə qardaşının məzarını ziyarət edib.

qardaşının məzarı başından görüntüləri sosial şəbəkə hesabında paylaşan teleaparıcı fəryad edib:

“Dağ boyda qardaşı ölən bacıyam… Doğum günün mübarək, qanımdan, canımdan gedən canım. 33 yaş cənnət yaşıdır deyirlər. Bu yaşında cənnətlə mükafatlanan igid qardaşım. 5 ildə üzünü 5 ay görmədim, bilərəkdən uzaq oldun hə? Bizi bu gün üçün hazırlayırdın. Vətən sağ olsun deyirdin, bacın qurban. Neynirəm sənsiz o ulduzları, medalları? Sən ki bu dünyadan heç doymamışdın. Niyə atamla bəhsə girdin? Kimin adı daha çox yaraşacaq qara daşa? Atamın iyini səndən alırdım, başımı sənin sinənə qoyanda dünya çıxsın qarşıma deyirdim. Sən ki vəfasız deyildin, bu qara daşdan sənin qoxun gəlmir. Sənin kimi oxşamır saçımı. Diləyimi sənə əmanət etmişdim, ay vəfasız, sən Rafaelimi mənə etibar etdin? Uca dağım, bir ömürlük ürək dağım oldun”.

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib.

 

Vüsalə Əlizadə qardaşının məzarı başında fəryad etdi