Paşinyan: “Azərbaycanla bütün kommunikasiyalar açılmalıdır“backend

Paşinyan: “Azərbaycanla bütün kommunikasiyalar açılmalıdır“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Azərbaycan arasında mövcud olan avtomobil və dəmir yollarının açılmalı və ya açılış mərhələsində olması məntiqlidir. Ümid edirəm ki, bu mövzuda irəliləyişləri qeyd edə biləcəyik”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 4-də keçirdiyi brifinqdə bildirib.

O əlavə edib: “Bu kontekstdə humanitar məsələni vurğulamaq istəyirəm. 9 Noyabr tarixli bəyanata görə, məhkumlar, girovlar və digər məhbuslar bu vaxta qədər geri qaytarılmalı idi, amma təəssüf ki, hələ də geri qaytarılmayıb.

İnanıram ki, onların geri qayıtması sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyalar ətrafında və Qarabağ münaqişəsinın siyasi və hərtərəfli həlli ətrafında danışıqlar üçün daha səmərəli imkanlar yaratmaq mümkün olacaq müəyyən müsbət fonun formalaşmasını təmin edəcək.

1 Yanvar Bəyanatı ilə rəsmiləşdirilən Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupu çərçivəsində də (ATƏT MQ formatına əlavə olaraq – red.) əməkdaşlıq edirik. O, bölgədəki nəqliyyat və rabitə xətləırinin blokadadan çıxarılması ilə əlaqədardır. Sonuncu, öz növbəsində, 9 Noyabr 2020 -ci il tarixli bəyanatın 9-cu bəndi bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını əhatə edir.

Təəssüf ki, bu günə qədər kommunikasiyalar açılmayıb, çünki boşluqlar var, çünki bəzən məlu bəyanatların məntiqindən kənara çıxan şərhləri verilir”.