İran nədən narahatdır? – “Zəngəzur dəhlizi İranın geoiqtisadi maraqlarına ziddir“backend

İran nədən narahatdır? – “Zəngəzur dəhlizi İranın geoiqtisadi maraqlarına ziddir“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran beynəlxalq hüquq normaları çərçivəsində ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, siyasi və geosiyasi məqsədlər bəhanəsi ilə hər hansı sərhəd dəyişikliyinə qarşı çıxır”.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu iranlı qafqazşünas Əhməd Kazemi bildirib.

Onun sözlərinə görə, ölkənin şimal-qərb həmsərhəd bölgələrində keçirilmiş “Xeybər Fatehləri” hərbi təlimlərinin əsas məqsədi region ölkələrinə ərazi bütövlüyünə hörmət və dəyişikliyə ehtiyac olmadığını bildirməkdir:

“İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. İslam Respublikası son 30 ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müxtəlif, o cümlədən  siyasi, iqtisadi və hərbi aspektlərdə dəstəkləyib və buna dair çoxlu dəlillər var. Lakin bölgədəki son hadisələrin müşahidəsi göstərir ki, Azərbaycan Respublikası İran-Ermənistan sərhəddə sionist rejim (İsrail – red.), Türkiyə, ABŞ və İngiltərə ilə pərdəarxısı təxribatlarla “Zəngəzur “adlı saxta bir dəhliz yaratmağa çalışır. Görünür, Azərbaycan Respublikası bir hissəsi işğal edilmiş ölkə olaraq, qonşu ölkənin işğalını istəyən bir ölkəyə çevrilir”.

Qafqazşünas qeyd edib ki, Ermənistanla sərhəd zolağının kəsilməsi İranın Avropa ilə tranzit əlaqəsinin olmaması deməkdir. Üstəlik İranın Azərbaycan Respublikası və Türkiyəyə coğrafi marşrutunu və İranın həssas geosiyasi gücünü bölgədə məhdudlaşdırır. Əslində, Zəngəzur dəhlizinin yaradılması tranzit məsələlərinə əlavə olaraq, İranın geoiqtisadi və enerji ötürmə qabiliyyətlərini tükəndirmək və etnik məsələləri qabartmaqla təhlükə mərkəzi yaratmaq kimi məqsədlərlə həyata keçirilir”.