Pasiyentinin üzünü tanınmaz hala salan həkim həbs edildi – FOTOLARbackend

Pasiyentinin üzünü tanınmaz hala salan həkim həbs edildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2013-cü ildə pasiyenti Kıymet Kayanın üzünü tanınmaz hala salan həkim həbs edilib.

Yenisabah.az xəbər verir ki, saxta həkim Banu Mülhim əməlinə görə 3 il 4 ay müddətində həbs cəzası alıb.

Bundan əlavə o, məhkəmə qərarı ilə dələduzluğa görə 21 min 600 TL məbləğində cərimələnib.

2013-cü ildə Banu Mülhimin yanına gedən və plastik əməliyyat etdirən Kıymet Kayanın üzü əməliyyatdan sonra tanınmaz hala düşüb.

Mülhimin saxta həkim olduğu üzə çıxandan sonra  məhkəməyə müraciət edən qadının şikayətinə baxılıb və həkim həbs edilib.

Məhkəmədə ifadə verən qadın əməliyyatdan sonra üzünün tanınmaz hala düşdüyünü və buna görə 9 ildir ki, müalicə aldığını bildirib:

“Həkimin üzümdə keçirdiyi əməliyyatdan sonra 9 ildir müalicə alıram. Bu müalicəyə xeyli pul xərcləmişəm. Bu qədər qadının həyatını məhv edən adama 3 illik cəza çox azdır deyə düşünürəm”.

Pasiyentinin üzünü tanınmaz hala salan həkim həbs edildi – FOTOLAR
Pasiyentinin üzünü tanınmaz hala salan həkim həbs edildi – FOTOLAR
Pasiyentinin üzünü tanınmaz hala salan həkim həbs edildi – FOTOLAR