Rusiyanın Nijni Novqorod vilayətində dəhşətli hadisə baş verib.
35 yaşlı ata və 10 yaşlı oğlu yük qatarının altında qalıb.
Yerli polisin məlumatına görə, hadisə axşam saat 8 radələrində Şaxunya şəhərində dəmiryol stansiyasında qeydə alınıb.
Hər ikisi yerindəcə dünyasını dəyişib.
Hazırda müstəntiqlər ata və oğulun qatarın təkərləri altına necə düşdüyünü müəyyənləşdirirlər.