Bu dəhşətli hadisə ABŞ-ın Florida ştatında bir ailənin başına gəlib.
iki yaşlı uşaq anası fikir verməyənə qədər özünün çantasında tapdığı tapança ilə oynamaq qərarına gəlib.
21 yaşlı Şemaya Linn iş yoldaşı ilə video bağlantı vasitəsi ilə danışıb və ümumiyyətlə, uşaq yadından çıxıb. Bu zaman uşaq silahı anasına tərəf tuşlayaraq bir dəfə atəş açıb. Güllə qadının başından dəyib. İş yoldaşı nə baş verdiyini anlamayıb, ancaq dərhal xilasetmə xidmətinə zəng edib. Qadın operatora deyib ki, səs gəlib və gənc ana yıxılıb. Ancaq xilasetmə xidmətində Şemayanın neçə yaşda olduğunu və yaşadığı ünvanı bilməyiblər.
Bu zaman evə qayıdan 22 yaşlı Veondre Eyveri yerdə qan hovuzu olan dəhşətli mənzərə ilə üzləşib. O, dərhal təcili yardım çağırıb. Həkimlər hadisə yerinə gələndə Şemayanın öldüyünü müəyyənləşdiriblər. 2 yaşlı oğlan fiziki olaraq xəsarət almayıb. Evdə olan və qətlin şahidi digər uşağın vəziyyəti barədə məlumat verilməyib.
Araşdırma zamanı məlum olub ki, uşağın çantasına tapançanı atası qoyub. Veondre indi silah saxlama şərtlərini pozmaqda və adam öldürməkdə günahlandırılır. Florida ştatının qanunlarına görə, onu 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir.







