ABŞ-ın gizli taktikası: “”Taliban”ın İrana hücumu səbəbsiz deyil” – Şərhbackend

ABŞ-ın gizli taktikası: “”Taliban”ın İrana hücumu səbəbsiz deyil” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ bununla onsuz da sanksiyalardan beli bükülən və ağır iqtisadi böhran yaşayan Tehranı iqtisadi və hərbi baxımdan tamam çökdürməyi düşünür”.

Bunu İran-Əfqanıstan sərhədində baş verənləri dəyərləndirən siyasi şərhçi Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə,  ABŞ Talibandan istifadə edərək İrana müdaxilə etmək istəyir:

“Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Bilal Kərim “Tolo Nyus” kanalına bildirib ki, intensiv döyüşlər Əfqanıstanın qərbindəki Nimroz əyalətində (Kanqda) baş verib. İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandırıldığını bildirib. İran tərəfi iddia edir ki, atışmanı “Taliban” başladıb. Səbəb isə İran fermerlərinin sərhədi keçmək istəməsi haqda “yanlış təəssürat”ın olmasıdır. Ehtimal ki, İran tərəfinin qeyd etdiyi kimi, atışmanı “Taliban” başladıb. Görünür, Taliban İran sərhədçilərinə birdən-birə hücum edib və qeyd olunduğu kimi qısa müddət ərzində “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrini ələ keçirib.

“Taliban”ın İrana hücumu səbəbsiz deyil. Aydın məsələdir ki, bu hücumun arxasında ABŞ faktoru var. Taliblərin Vaşinqtonun dəstəyi olmadan İrana hücum etməsi real deyil. Heç kəsə sirr deyil ki, hazırda taliblərin əlində ABŞ-a məxsuz kifayət qədər texnika və silah var. Bu da realdır ki, rəsmi Vaşinqton bu və ya başqa formada taliblərə bu gün də dəstək verir. Yəni indiki halda bu hücum Vaşinqtonun sifarişi ilə planlı və məqsədlidir”.

Turan Rzayev bildirib ki, Vaşinqton “Taliban”la İranı qarşı-qarşıya gətirərək rəsmi Tehranın Əfqanıstana müdaxilə etməsinə şərait yaratmaq niyyətindədir:

“Əgər “Taliban” həqiqətən İrana məxsus sərhəd məntəqələrini ələ keçiribsə, rəsmi Tehran gec-tez bu məntəqələri geri alacaq. Əgər ələ keçirməyibsə, gərginlik yenidən alovlana bilər. Məsələ ondadır ki, həm Əfqanıstan, həm də İran ayrı-ayrılıqda müdafiə müharibələrində yenilməz bir ölkədir. Bu ölkələr yerləşdikləri coğrafiyanın bütün təbii üstünlüklərini maksimum istifadə edə bilir. Digər tərəfdən, hər iki ölkə ehtimal edilən müdafiəyə qarşı dini idelogiyadan istifadə edə biləcək ölkələrdir. Yaxın keçmişdə İraq-İran müharibəsi və SSRİ-nin Əfqanıstana müdaxiləsi buna nümunə ola bilər. Hər iki müharibədə də hücum edən tərəf hücuma məruz qalandan daha ağır itkilərə məruz qaldı. Prinsip etibarilə, bunu ABŞ da yaxşı bilir. Nəticə etibarilə Əfqanıstan bataqlığında ağır məğlubiyyətə uğrayan ölkələrdən biri də məhz ABŞ-dır. Rəsmi Tehranın Vaşinqtonun tələsinə düşüb-düşməyəcəyini isə hər halda zaman göstərəcək”.

Gülşən