Alimlər yeni sistem kəşf etdi: Neytron ulduzların içərisinə baxmaq mümkün olacaq – FOTO/VİDEObackend

Alimlər yeni sistem kəşf etdi: Neytron ulduzların içərisinə baxmaq mümkün olacaq – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neytron ulduzlar kainatın ən unikal cisimlərindəndir.

Alimlər hesab edirlər ki, onların diametri 15-20 km təşkil edir, lakin eyni zamanda kosmosdakı ən sıx obyektlər sırasındadır.

Onların kütləsi Günəşin kütləsindən 2 dəfə böyükdür. Sıxlığı isə Yerdəki istənilən təbii materialın sıxlığından onlarla trilyon dəfə çoxdur. Lakin elm adamları hələ də neytron ulduzlarının tam olaraq nədən ibarət olduğunu öyrənə bilmirlər.

ABŞ-ın Prinston Universitetinin alimləri bu problemin həlli ilə bağlı öz müşahidələrini təqdim ediblər.

Ölü nəhəng ulduzların soyumuş nüvələri olan neytron ulduzların içərisinə baxmaq çətindir. Bu ulduzları indiki teleskoplarla tədqiq etmək üçün çox kiçik və çox uzaqdır.

Buna görə də elm adamları hesablamalar aparmaq üçün dolayı məlumatlara əsaslanırlar.

Alimlər tərəfindən neytron ulduzunun diametrini ölçmək üçün yeni metod kəşf edilib.

Belə ki, neytron ulduzlar arasında toqquşmalar qravitasiya dalğalarının güclü emissiyalarının meydana çıxmasına səbəb olur.

Prinston Universitetindən Elias Mostun sözlərinə görə, neytron ulduzlarla bağlı hesablamaları  qravitasiya dalğası siqnalından əldə etmək olar.

Prinston Universitetindən Karolin Reytel isə bildirib ki, bu məlumatlar neytron ulduzlarının nədən ibarət olduğunu ortaya çıxara bilər.

 

Mənbə: Focus.ua