Beynəlxalq ekspertdən Fərid Qayıbovla bağlı sərt ittiham: “Prezident İlham Əliyevlə şəxsən müzakirə etdiyim məsələ ilə bağlı…”backend

Beynəlxalq ekspertdən Fərid Qayıbovla bağlı sərt ittiham: “Prezident İlham Əliyevlə şəxsən müzakirə etdiyim məsələ ilə bağlı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Gənclər və İdman nazirliyinin, nazir Fərid Qayıbovun fəaliyyəti ilə bağlı media və sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Bir sıra sosial şəbəkə istifadəçiləri nazirliyin fəaliyyətini, nazirin təyinat və qərarlarını tənqid edirlər.

Nazir Fərid Qayıbovun fəaliyyətini tənqid edənlər arasında ölkənin tanınmış gənclər təşkilatlarının rəhbərləri də var.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili “Facebook” hesabında yazıb ki, Fərid Qayıbova sosial şəbəkələr üzərindən yazdığı üçün nazir onu dostluq siyahısından silib:

“Yaman küsəyən nazirimiz var. Messengerdə yazdığım üçün məni dostluqdan silib. Cənab Prezident İlham Əliyev bizi Fərid Qayıbov zülmündən qurtarın”.

Gənclər təşkilatı sədrinin bu statusu geniş müzakirələrə səbəb olub, statusa çox sayda şərh yazılıb. Yazılan şərhlər arasında Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə aktiv şəkildə müdafiə edən tanınmış pakistanlı beynəlxalq ekspert, Prezident İlham Əliyev tərəfindən qəbul edilən Qaiser Nawabın fikirləri diqqət çəkib. Beynəlxalq ekspert nazirin laqeyd münasibətinə diqqət çəkərək bunları yazıb:

Biz pakistanlılar olaraq, cənab Fərid Qayıbov gənclər naziri vəzifəsini icra edəndən bəri oxşar fikirləri bölüşürük. Təəssüflər olsun ki, o, bizim bu il Şuşada görüşümüz zamanı möhtərəm Prezident İlham Əliyevlə şəxsən müzakirə etdiyim məsələ ilə bağlı heç bir mesajımıza-sorğumuza cavab vermədi. Əvvəlki nazir mərhum Azad Rəhimov müstəsna şəxsiyyət idi və əziz qardaşımız İntiqam Babayevi, bacımız İndira Hacıyevanı da unutmaq olmaz.
Bugünkü müasir diplomatiyada gənclik böyük potensiala malikdir və Azərbaycan gəncliyi həm ölkə daxilində, həm də qlobal miqyasda ardıcıl olaraq liderlik edir. Eynilə, Pakistan gəncləri istər milli, istərsə də beynəlxalq səviyyədə, xüsusən də 44 günlük müharibə zamanı bütün aspektlərdə Azərbaycana dəstək nümayiş etdirib. Ümid edirəm ki, nazir məni dostluqdan silməz və bu fikirlərimi ölkənin müsbət imici üçün pozitiv tənqid kimi qəbul edər”.

//Editor.az