Pəhləvi bu dəfə Trampa müraciət edib.
İnterpress.az xəbər verir ki, İranın vəliəhd şahzadəsi Rza Pəhləvi “Fox News” telekanalına müsahibəsində ABŞ prezidenti Trampa “İran xalqına bu rejimə son qoymağa və ölkələrini geri almağa kömək edin” mesajı ilə müraciət edib.
“Əgər bu baş verərsə, o, geridə silinməz miras qoyub tarixin böyük sülhməramlılarından birinə çevrilə biləcək. Mən bu prosesdə onun tərəfdaşı olmağa hazıram… Prezident Trampla birlikdə çalışaraq, biz dünyanın ən təhlükəli rejimini devirə və boşluğu xaosla deyil, güc, nizam və azadlıqla doldura bilərik”, – o deyib.
Bundan əlavə, Pəhləvi qeyd edib ki, keçmiş məmurlar, dissidentlər, texnokratlar, fəallar və başqalarının daxil olduğu müəyyən “iranlıların koalisiyası” İran daxilində müqavimət təşkil edir və demokratik keçidə hazırlaşır.
“Mən həm keçmiş, həm də indiki hərbçilərlə danışdım. Onların bir çoxu öz ölkələrini sevir, lakin rejimin ölkəni nəyə çevirdiyinə xor baxırlar. Biz artan çatları – əmrlərə tabe olmaq istəməməyi, fərarilik və passiv müqavimət əlamətlərini görürük. Son günlərdə bu kommunikasiyaları genişləndirmək üçün rəsmi kanal açmışam”, – o əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az