ÜST: Yalnızlıq hər saat 100 insanı öldürür – ildə 871 000backend

ÜST: Yalnızlıq hər saat 100 insanı öldürür – ildə 871 000

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yalnızlıq hər saat 100 insanı öldürür.

İnterpress.az xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sosial Əlaqələr Komissiyasının qlobal hesabatında gəldiyi nəticədir.

Sənəddə qeyd olunur ki, dünyada hər altı nəfərdən biri tənhalıqdan əziyyət çəkir və bu, sağlamlıq və rifah halına əhəmiyyətli dərəcədə təsir göstərir.

“Tənhalıq hər saatda təxminən 100 ölümlə əlaqələndirilir – ildə 871 000-dən çox ölüm. Güclü sosial əlaqələr daha yaxşı sağlamlıq və daha uzun ömür gətirə bilər”, – ÜST qeyd edib.

Tənhalıq adətən zəif sağlamlıq, aşağı gəlir və təhsil, zəif sosial infrastruktur və rəqəmsal texnologiyalardan həddindən artıq istifadə ilə əlaqələndirilir.

Əksinə, güclü sosial əlaqələr ruhi və fiziki sağlamlığı qorumağa və vaxtından əvvəl ölüm riskini azaltmağa kömək edir.

Xuraman Etibarlı

İnterpress.az