Floridada “İdalia” tropik qasırğası nəticəsində 2 nəfər ölübbackend

Floridada “İdalia” tropik qasırğası nəticəsində 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında güclü yağış və daşqınlara səbəb olan İdalia Tropik Fırtınası nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Florida Ştat Polisi tropik fırtına zamanı güclü yağış zamanı nəqliyyat vasitələrinin idarəetmədən çıxması nəticəsində 2 nəfərin həyatını itirdiyini deyib.

Florida ştatındakı Keaton çimərliyindən sahilə çıxan “İdalia” tropik qasırğasının yaratdığı qısamüddətli tornadolar nəticəsində tərs çevrilən avtomobildə yüngül xəsarətlər olduğu qeyd edilir.

Sürəti saatda 300 kilometrdən 96 kilometrə enən fırtına Corciya və Cənubi Karolina ştatlarına doğru irəliləyib.

Tropik qasırğanın həftə sonu qurudan Atlantik okeanına dönəcəyi gözlənilir.

Dünən səhər saatlarından etibarən əyalətdə 3-cü kateqoriya şiddəti ilə təsirini göstərən İdalia, davamlı külək səbəbiylə yarım milyon insanın elektrik kəsilməsinə, küçələri su basmasına, dalğa uzunluğunun 3 metrə çatmasına və uçuşların ləğvinə səbəb olub.