Rusiyanın iri hostinq provayderində QƏZA – Saytlar AÇILMIR – FOTObackend

Rusiyanın iri hostinq provayderində QƏZA – Saytlar AÇILMIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Beget sistemindəki genişmiqyaslı nasazlıq yarım milyona yaxın saytı risk altında qoyub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın iri hostinq provayderlərindən biri olan Beget-də baş verən genişmiqyaslı texniki nasazlıq səbəbindən Runetdə təxminən 500 min saytın fəaliyyəti təhlükə altına düşüb. Problemlər nəticəsində bəzi internet resursları açılmayıb.

Şirkət nasazlığın bütün infrastrukturunu əhatə etdiyini təsdiqləyib. Hazırda mühəndislər məlumat mərkəzlərində serverlərin işini əl ilə bərpa edirlər.

Problemin səbəbi və sistemin tam bərpa olunacağı vaxt hələ açıqlanmayıb.

Nasazlıq gecə saat 03:00 radələrində başlayıb.

Beget-in ümumi müştəri bazası 200 mindən çoxdur. Şirkət Rusiya internet məkanında fəaliyyət göstərən iri hostinq provayderlərindən biridir.

Hostinq xidmətləri üzrə araşdırmaya əsasən, onun infrastrukturunda .RU, .РФ və .SU domen zonalarında 334 mindən çox aktiv sayt yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az