Tənzilə Rüstəmxanlı Səbinə Əliyevanı təbrik edibbackend

Tənzilə Rüstəmxanlı Səbinə Əliyevanı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tənzilə Rüstəmxanlı Səbinə Əliyevanı yenidən Ombudsman seçilməsi münasibətilə təbrik edib.

İnterpress.az həmin təbriki təqdim edir:

Hörmətli Səbinə xanım!

Sizi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Bu mühüm və məsuliyyətli vəzifəyə növbəti dəfə seçilməyiniz peşəkar fəaliyyətinizə, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində göstərdiyiniz xidmətlərə verilən yüksək etimadın göstəricisidir.

İnanıram ki, zəngin təcrübəniz, peşəkarlığınız və prinsipial mövqeyinizlə bundan sonra da ölkəmizdə insan hüquqlarının qorunmasına, vətəndaş məmnunluğunun artırılmasına və Ombudsman təsisatının daha da inkişafına dəyərli töhfələr verəcəksiniz.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

Uğurlarınız davamlı, yolunuz hər zaman açıq olsun!

Hörmətlə,
Tənzilə Rüstəmxanlı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı