Niderlandda 30 nəfərə sevdikləri filmləri ilk dəfə izləyirmiş kimi yaşamaq imkanı yaradacaqlar.
İnterpress.az xəbər verir ki, Niderlandda fəaliyyət göstərən kino şəbəkəsi maraqlı eksperiment keçirməyə hazırlaşır.
Şirkət 30 nəfəri hipnoz edərək onların sevimli filmlərlə bağlı xatirələrini müvəqqəti unutdurmağı və həmin ekran əsərlərini ilk dəfə izləyirmiş kimi yenidən yaşamaqlarını təmin etməyi planlaşdırır.
Hipnozdan sonra iştirakçılara dörd filmdən birini izləmək təklif olunacaq: Kristofer Nolanın “İnterstellar”ı, “Matris”, “La-La Lend” və Devid Finçerin “Yeddi” filmi.
Beləliklə, iştirakçılar əvvəllər izlədikləri filmləri sanki ilk dəfə kəşf etmək təcrübəsi yaşayacaqlar.
Xuraman Etibarlı
İnterpress.az






