Hərbçilərin saxlanılması ilə bağlı QALMAQAL: Budanov hadisə yerində – VİDEObackend

Hərbçilərin saxlanılması ilə bağlı QALMAQAL: Budanov hadisə yerində – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Budanov Kiyev yaxınlığında hərbçilərin saxlanıldığı bildirilən əraziyə gedib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov Kiyev yaxınlığında onlarla hərbçinin saxlanıldığı barədə məlumatlardan sonra hadisə yerinə şəxsən gedib. O, əraziyə gələrkən baş verənləri aydınlaşdırmaq istədiyini bildirib.

Məlum olub ki, sözügedən bina səfərbərliyə cəlb olunanların və hərbi hissəni özbaşına tərk etdikdən sonra geri qayıdan hərbçilərin müvəqqəti yerləşdirilməsi üçün istifadə olunub.

Dörd hərbçi xəstəxanaya yerləşdirilib, daha 18 nəfər isə binada qalıb.

Hadisə yerinə Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko da gəlib. O, toplaşan şəxslərlə mübahisə edib və xidməti araşdırma aparılacağını vəd edib.

Bəzi hərbçilərin yaxınlarının onlarla görüşmək üçün binaya daxil olmasına icazə verilib. Pivnenko işgəncə verilməsi ilə bağlı ittihamları rədd edib.

Yayılan görüntülərdə hərbçilərdən birinin bədənində ehtimal olunan döyülmə izləri görünsə də, həmin şəxs ona heç kimin zor tətbiq etmədiyini bildirib.

O, əlini özü zədələdiyini, yataq dəstindəki ləkələrin isə stoma ifrazatı olduğunu deyib.

Tibb işçisinin sözlərinə görə, müvəqqəti yerləşdirmə məntəqəsində olan bütün şəxslər sağlamlıq vəziyyətlərinin yoxlanılması üçün xəstəxanalara göndərilir.

Xuraman Etibarlı

İnterpress.az