Rusiyada qan davası zəminində törədilən qətllərə görə cəzaların yüngülləşdirilməsi təklif olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dağıstan Dövlət Universitetinin professoru Dureya Ziyadova qan davası zəminində törədilən qətllərə görə cəzaların yüngülləşdirilməsini təklif edib.
Professorun fikrincə, belə bir addım ədalətin bərpasına və insanların şərəf və ləyaqətinin qorunmasına kömək edə bilər.
O, təklifini hüquq-mühafizə orqanlarında korrupsiya və peşəkarlıq səviyyəsinin aşağı olması ilə əsaslandırıb.
Xuraman Etibarlı
İnterpress.az






