47 qurumu hədəfə alan suriyalı haker ABŞ məhkəməsində CƏZALANDIRILDIbackend

47 qurumu hədəfə alan suriyalı haker ABŞ məhkəməsində CƏZALANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyalı haker ABŞ-də Dəməşqin maraqları naminə kiberhücumlara görə 3,5 il həbs cəzası alıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

ABŞ federal məhkəməsi Suriyalı Əhməd Ömər Ağanı, “Th3Pr0” ləqəbi ilə tanınan hakeri 42 ay müddətinə azadlıqdan məhrum edib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, 2011–2024-cü illərdə Bəşər Əsədin yaxın ətrafının maraqları naminə həyata keçirilən kiberhücumlarda iştirak edib.

Hakerin hədəfində təxminən 47 media qurumu, dövlət müəssisəsi, şirkət və qeyri-hökumət təşkilatı olub.

İş üzrə ən diqqətçəkən epizodlardan biri 2013-cü ildə ABŞ-nin xəbər agentliklərindən birinin X hesabının ələ keçirilməsi olub.

Həmin hesabda ABŞ-nin o vaxtkı prezidenti Barak Obamanın Ağ Evdə baş verən iki partlayış nəticəsində xəsarət alması barədə saxta məlumat yayımlanıb.

Bu xəbər birjada qısamüddətli çaxnaşmaya səbəb olub. Nəticədə “Dow Jones” indeksinə daxil olan səhmlərin bazar dəyəri müvəqqəti olaraq 136 milyard dollar azalıb.

Xuraman Etibarlı

İnterpress.az