15 yaşlı Məryəm yanan avtomobildən 6 yaşlı uşağı XİLAS ETDİ – VİDEObackend

15 yaşlı Məryəm yanan avtomobildən 6 yaşlı uşağı XİLAS ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 yaşlı məktəbli yanan avtomobildən 6 yaşlı uşağı xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı Məryəm adlı məktəbli qəhrəmanlıq göstərərək yanan avtomobildə qalan 6 yaşlı uşağı xilas edib.

Hadisə qəfil alışan “Priora” markalı avtomobildə baş verib. Həmin vaxt avtomobilin salonunda psixoloji və nitq inkişafında ləngiməsi olan uşaq olub.

Yoldan keçən Məryəm uşağı görən kimi köməyə tələsib və onu pəncərədən çıxarmağa nail olub.

Hadisə nəticəsində nə Məryəm, nə də xilas etdiyi uşaq xəsarət alıb.

Xuraman Etibarlı

İnterpress.az