27 qadına təcavüz etmiş şəxs soyadını dəyişərək turistlərlə İŞLƏYİRbackend

27 qadına təcavüz etmiş şəxs soyadını dəyişərək turistlərlə İŞLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 27 qadına təcavüz etmiş şəxs soyadını dəyişərək turistlərə bələdçilik edir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada 27 qadına təcavüz etdiyinə görə məhkum olunmuş 49 yaşlı Artur Kositsın həbsdən çıxdıqdan sonra adını və soyadını dəyişərək Novorossiysk şəhərinə köçüb. Hazırda o, Artur Samoylov adı ilə tanınır və turistlərə xidmət göstərir.

Məlumata görə, Sverdlovsk vilayətindəki cəzaçəkmə müəssisəsindən azadlığa çıxan şəxs əvvəlcə Ural bölgəsində iş tapmağa çalışsa da, buna nail ola bilməyib.

Daha sonra Rusiyanın cənubuna köçüb. Hazırda əsasən hava limanında turistləri qarşılayır və onları şəhərin görməli yerlərinə aparır.

KİV-in yazdığına görə, Kositsın 2000-ci illərin əvvəllərində 20-25 yaşlı qadınlara hücum edib. O, əsasən yaşayış binalarının girişlərində qadınları hədələyərək cinsi zorakılıq törədib.

Həmin vaxt Moskva vilayətinin Dövlət Yol Polisi İdarəsində inspektor işləyən Kositsın bundan əvvəl də davranışına görə paytaxt milisindən qovulub.

Xuraman Etibarlı

İnterpress.az