12 yaşlı qız yanacaqdoldurma məntəqəsini və polis maşınını YANDIRDIbackend

12 yaşlı qız yanacaqdoldurma məntəqəsini və polis maşınını YANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanda 12 yaşlı məktəbli yanacaqdoldurma məntəqəsini və polis avtomobilini yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Başqırdıstan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rusiyanın Başqırdıstan bölgəsində 12 yaşlı məktəbli yanacaqdoldurma məntəqəsini və polis avtomobilini yandırmaqda şübhəli bilinərək saxlanılıb.

Qurumun məlumatına görə, hadisə oktyabrın 23-də axşam saatlarında Salavat şəhərində baş verib. Qız əvvəlcə Pervomayskaya küçəsində yerləşən yanacaqdoldurma məntəqəsini, daha sonra isə polis avtomobilinin dayandığı ərazidə nəqliyyat vasitəsini yandırıb.

Hər iki hadisə nəticəsində xəsarət alan olmayıb.

Məktəbli sorğu zamanı naməlum şəxslərin təsiri altında hərəkət etdiyini bildirib.

Onun sözlərinə görə, həmin şəxslər psixoloji təzyiq göstərib, göstərişlərini yerinə yetirməyəcəyi təqdirdə valideynlərinə qarşı cinayət işi açılacağı ilə hədələyiblər.

Yetkinlik yaşına çatmayan qız araşdırmanın davam etdirilməsi üçün istintaq orqanlarına təhvil verilib.

Xuraman Etibarlı

İnterpress.az