Dağıstanda taksi sürücüsü qadın sifariş adı ilə aldadılaraq öldürülüb və basdırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dağıstanda 34 yaşlı Dinara Alxasova oktyabrın 30-da sifariş üzrə səfərə çıxdıqdan sonra itkin düşüb.
Məlumata görə, qadının keçmiş əri və onun tanışı qadını qadın taksisi xidməti vasitəsilə sifarişə çağıraraq tələyə salıblar.
İlkin məlumatlara əsasən, onlar qadını öldürdükdən sonra meyitini Mahaçqala yaxınlığındakı boş əraziyə aparıblar.
Daha sonra yerli traktorçuya müraciət edərək çuxur qazdırıblar və qadının meyitini həmin yerdə basdırıblar.
İddialara görə, keçmiş ər qadının yenidən ailə qurması ilə barışa bilməyib.
Cinayətin izlərini itirmək məqsədilə şübhəlilər qadının telefonunu başqa bir tanışlarına veriblər. Həmin şəxs telefonu başqa şəhərdə işə saldıqdan sonra atıb.
Qətldə şübhəli bilinən iki kişi saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az






