BMT: Ukraynadakı müharibə nəticəsində 9500 dinc sakin həlak olubbackend

BMT: Ukraynadakı müharibə nəticəsində 9500 dinc sakin həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada davam edən Rusiya-Ukrayna müharibəsində 9500 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

BMT-nin Cenevrə ofisi 24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı ölən, yaralanan və köçkünlərlə bağlı rəqəmləri açıqlayıb.

Müharibənin bədəlinin ağır olduğu vurğulanan yazıda Ukraynadakı müharibə nəticəsində 9500 mülki şəxsin həlak olduğu, 17 mindən çox insanın isə yaralandığı bildirilib.

“Real rəqəmlər mütləq daha çoxdur. 6 milyondan çox ukraynalı qonşu ölkələrə qaçıb. 5 milyondan çoxu məcburi köçkün vəziyyətinə düşüb”, – məlumatda deyilir.