Ekvador həbsxanalarında dəhşətli anlar yaşanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
6 həbsxanada məhbuslar polis və mühafizəçiləri girov götürüb.
Ekvadorda 6 həbsxanada məhbusların 57 polis və mühafizəçini girov götürdüyü açıqlanıb.
Daxili işlər naziri Xuan Zapata deyib: “Biz məmurlarımızın təhlükəsizliyindən narahatıq”.
Ekvador həbsxanaları Kolumbiya və Meksika kartelləri ilə əlaqəli rəqib dəstələr arasında mübarizə səhnəsidir.
2021-ci ildən bəri həbsxanalarda 430-dan çox məhbus dünyasını dəyişib.