Kolumbiyada bombalı hücum: 2 polis ölüb, 2-si yaralanıbbackend

Kolumbiyada bombalı hücum: 2 polis ölüb, 2-si yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın Meta inzibati bölgəsində polis maşınına edilən bombalı hücumda 2 polis məmuru həyatını itirib, 2-si yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meta qubernatoru Juan Guillermo Zuluaga verdiyi açıqlamada Puertoda patrulluq edən polis maşınına bombalı hücumun təşkil edildiyini bildirib. O deyib ki, hadisə Fuente de Oro şəhərindəki Lleras yolunda baş verib.

Hadisənin terror aktı olduğunu bildirən Zuluaga, Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) keçmiş üzvlərinin bölgədə təsirli olduğunu qeyd edib.

Zuluaga bölgədə FARC müxaliflərinin fəaliyyət göstərdiyini, atəşkəs istəyənlərlə hücum edənlərin eyni olduğunu, sülh üçün danışıqlar aparanların eyni olduğunu söyləyib.

O deyib ki, onlar polisi öldürməyə və bununla da xalqı qorxutmağa davam edirlər.

Ümumi sülh siyasəti çərçivəsində ölkədəki silahlı qruplarla atəşkəs danışıqları aparan hökumət zorakılıqların artması səbəbindən bəziləri tərəfindən ciddi şəkildə tənqid olunub.