Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Nigerdə iyulun 26-da hakimiyyəti ələ keçirən hərbi administrasiyaya 9 aylıq keçid hökuməti prosesi təklif edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Prezidentliyinin verdiyi açıqlamaya görə, Nigeriya Prezidenti Bola Əhməd Tinubu və ECOWAS prezidenti də, Nigerdə hərbi idarə üçün 9 aylıq keçid hökuməti təklif etdiyini söyləyib.
Nigeriyanın 1999-cu ildə hərbi dövlət başçısının başlatdığı 9 aylıq keçid dövründən sonra mülki idarəçiliyə qayıtdığını xatırladan Tinubu deyib ki, Nigerin hərbi səlahiyyətliləri səmimidirsə, bunun ölkədə təkrarlanmaması üçün heç bir səbəb görmür.
Nigerdəki əsgərlərin hərəkətinin qəbuledilməz olduğunu vurğulayan Tinubu qeyd edib ki, ordu nə qədər tez müsbət tənzimləmələr etsə, ECOWAS-ın ölkəyə tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün bir o qədər tez hərəkətə keçəcək.
Nigerdə Vətəni Müdafiə Milli Şurasına (CNSP) çağırılan keçid hökumətinin lideri Abdurrahmane Tchiani avqustun 19-da xalqa müraciətində mülki idarəçiliyə keçidin maksimum 3 il müddət ərzində tamamlanacağını açıqlayıb.
Qeyd edək ki, Nigerdə prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizə Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam əsgər hakimiyyəti ələ keçirdiyini elan edib.
Prezident Mühafizə Alayının komandiri general Abdurrahmane Tchiani iyulun 28-də CNSP adlı keçid hökumətinin başçısı olub.
CNSP avqustun 7-də Lamine Zeineni baş nazir təyin edib və avqustun 10-da əsgər və mülki şəxslərdən ibarət 21 nəfərlik kabineti elan edib.