Musk X üçün yeni planını açıqladı: səsli və video zəng funksiyası yaradılırbackend

Musk X üçün yeni planını açıqladı: səsli və video zəng funksiyası yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elon Musk cümə axşamı elan edib ki, əvvəllər Twitter kimi tanınan X tezliklə istifadəçilərə səsli və video zənglər etməyə imkan verəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Xüsusiyyətin “Apple”ın iOS və “Google”un android əməliyyat sistemləri ilə yanaşı Mac və fərdi kompüterlərində də mövcud olacağını qeyd edən Mask, bu xidmət üçün telefon nömrəsinə ehtiyac olmayacağını bildirib.

Mask sözügedən xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı bir tarix açıqlamayıb.

Bu elan Maskın “Facebook”, “WhatsApp” və “Instagram”a sahib olan Mark Zukerberqin “META”sı ilə rəqabət aparmağa çalışdığı bir vaxta təsadüf edir.

Lakin kibertəhlükəsizlik mütəxəssisləri X yeni funksiyanı tətbiq edəcəyi təqdirdə təhlükəsizlik problemi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

ESET Qlobal Kibertəhlükəsizlik Məsləhətçisi Jake Moore “Daily Mail”ə bildirib ki, video və audio mesajlaşmanın tətbiqi düzgün həyata keçirilmədiyi təqdirdə potensial olaraq spam dalğasına və arzuolunmaz zənglərə səbəb ola bilər.

Sosial media proqramları vasitəsilə zənglər “Instagram” kimi platformalarda artıq mövcud olsa da, o qeyd edib ki, bloklama funksiyası olmadan X spam zənglərinin gizli qalmaq istəyən istifadəçilərə çatmasının qarşısını almaq üçün bir üsul qəbul etməlidir.