backend

ABŞ-da silahlı hücumda 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatının Ostin şəhərində bir ticarət mərkəzinə silahlı basqın nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ticarət mərkəzində baş verən silahlı hücumla bağlı şəhərin təcili səhiyyə xidməti rəsmiləri açıqlama verib.

Açıqlamada 2 nəfərin öldüyü, 1 nəfərin ağır olmaqla 3 nəfərin yaralandığı bildirilib.

Polis rəsmiləri də X sosial media platformasında verdiyi açıqlamada hadisə yerinin təhlükəsizliyinin təmin edildiyini, lakin təcavüzkarın hələ də tutulmadığını bildirib.

Polis hadisənin şahidi olan şəxsləri əllərində hər hansı fotoşəkil və ya görüntü olarsa, onlarla əlaqə saxlamağa çağırıb.