Gürcüstanda kreditlər üzrə faiz dərəcələri artıbbackend

Gürcüstanda kreditlər üzrə faiz dərəcələri artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreditlər üzrə faiz dərəcələri 2023-cü ilin iyul ayında əvvəlki ayla müqayisədə artıb.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat verib.

Milli Bankın məlumatına görə, iyunda kreditlər üzrə faiz dərəcəsi 13,09% təşkil edirdisə, iyulda bu faiz 13,56%-ə yüksəlib.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında baş verən qiymət artımı daha çox lari ilə götürülən kreditlərə təsir edib. Həmçinin, iyul ayında milli valyutada verilən kreditlər üzrə faiz dərəcələri iyun ayı ilə müqayisədə 15,91%-dən 16,25%-ə yüksəlib. Bunlardan hüquqi şəxslərə verilən kreditlər üzrə faiz dərəcələri 13,72%-dən 13,96%-ə, fiziki şəxslər üçün isə 17,68%-dən 17,71%-ə yüksəlib.

Bundan başqa, xarici valyutada kreditlər üzrə faiz dərəcələri iyun ayı ilə müqayisədə iyulda 9,03%-dən 8,48%-ə düşüb. Onlardan hüquqi şəxslərə verilən kreditlər üzrə faiz dərəcəsi 9,39%-dən 9,29%-ə, fiziki şəxslərə isə 7,26%-dən 6,53%-ə enib.

İllik azalmaya gəlincə, 2022-ci ilin iyul ayı ilə müqayisədə bu il lari ilə verilən kreditlər üzrə faiz dərəcələri bir qədər azalaraq 16,47%-dən 16,25%-ə, xarici valyutada olanlar isə 7,01%-dən 8,48%-ə yüksəlib.