Fransada qaradərili yeniyetmənin ölümü faktı ilə bağlı yeni qərar verildibackend

Fransada qaradərili yeniyetmənin ölümü faktı ilə bağlı yeni qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı ildə Fransada jandarma maşınında ölən qaradərili gənc Adama Traorenin ölümü ilə bağlı aparılan istintaqda cinayət təqibinin aparılmaması qərarı verilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Paris Ədliyyə Məhkəməsi qaradərili gənc Adama Traorenin ölümü ilə bağlı istintaqı təqib etməmək qərarına gəlib.

Məhkəmə fərqli yarılma və ekspert hesabatlarında Traorenin ölümünə səbəb olacaq zorakılıq sübutunun olmadığına qərar verib.

Traore ailəsinin vəkili Yassine Bouzrou İnstaqram hesabında verdiyi açıqlamada təqib olunmama qərarından apellyasiya şikayəti verəcəyini və qərara etiraz edəcəyini bildirib.

Hadisə günü Traoreni saxlayan 3 jandarm istintaq çərçivəsində 2018-ci ildən şahid statusundadır.

Traorenin ailəsi oğullarının ölümündə sözügedən üç jandarmanı günahlandırır.

Adama Traore 19 iyul 2016-cı ildə şəxsiyyət yoxlaması zamanı yaranan gərginlikdən sonra polis bölməsinə aparılmaq üçün aparıldığı jandarma avtomobilində vəfat edib.

Hadisədən sonra verilən ilk açıqlamalarda Traorenin xəstələndiyi və ilk yardım qrupuna təhvil verildiyi iddia edilib.

Lakin Traorenin həkimin müdaxiləsindən əvvəl jandarma maşınında öldüyü məlum olub.