Cənubi Afrikanın Limpopo əyalətində polislə toqquşmada 18 quldur öldürülüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Afrika Polis Xidmətləri Agentliyi (SAPS) bank nağd pul daşıma vasitələrini oğurlamaqla məşğul olduğu müəyyən edilən bir dəstəyə qarşı təşkil edilən əməliyyatda 2-si qadın olmaqla 18 nəfərin öldürüldüyünü açıqlayıb.
Açıqlamada əməliyyatın keçirildiyi ikinci ünvanda 4 nəfərin saxlanıldığı və dəstəyə aid 10 motorlu nəqliyyat vasitəsi və 7 avtomat tüfəngin ələ keçirildiyi paylaşılıb.
Əməliyyatlarda 1 polis əməkdaşının yaralandığı bildirilib.