Şimali Koreya raket sınaqdan keçirdi: Cənubi Koreya həyəcan vəziyyətindədirbackend

Şimali Koreya raket sınaqdan keçirdi: Cənubi Koreya həyəcan vəziyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Sarı dəniz istiqamətində qanadlı raketlər atdığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada qanadlı raketlərin saat 04:00 radələrində buraxıldığı qeyd edilib.

Raketlərlə bağlı texniki detalların yer almadığı açıqlamada bildirilib ki, ordu ayıq-sayıqlığını gücləndirsə də, ABŞ ilə sıx əməkdaşlıq edərək tam hazırlığını davam etdirir.

Yonhap agentliyinin xəbərinə görə, Cənubi Koreyanın sədrliyi yanında Milli Müdafiə Şurası da təcili toplaşıb.

Qeyd edək ki, raket sınaqları avqustun 17-31-də ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield (UFS)” hərbi təlimindən sonra həyata keçirilib.

Şimali Koreya dövlət mediası Cənubi Koreya və ABŞ-ın hərbi təliminin Koreya yarımadasında “nüvə müharibəsi riskini dərinləşdirdiyini” bildirib.