Siqaret çəkmək ruhi xəstəlik riskini 250 faiz artırırbackend

Siqaret çəkmək ruhi xəstəlik riskini 250 faiz artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkada aparılan araşdırmaya görə, siqaret psixi sağlamlığı pozur və psixi pozğunluqlara səbəb olur.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Orhus Universitetinin alimləri Böyük Britaniyada yerləşən Biobank bioloji məlumat bankında 350 min insanın genetik məlumatlarını təhlil ediblər.

Araşdırmanı aparan Doug Speed, məlumatlarından istifadə etdikləri insanların yüzdə 90-nın 20 yaşından əvvəl siqaret çəkməyə başladığını və ümumiyyətlə 30 yaşdan sonra psixi pozğunluqlar səbəbiylə xəstəxanaya yerləşdirildiyini söyləyib.

“Siqaret psixi pozğunluqlara səbəb olur. Təbii ki, siqaret tək səbəb deyil, lakin psixi xəstəliklərə görə xəstəxanaya yerləşdirilmə riskini 250 faiz artırdığı müşahidə edilib”, – Speed ​​deyib.

İki kanadalı tədqiqatçı ilə birlikdə işləyən alim siqaretin depressiya və bipolyar pozğunluğa səbəb olduğuna da diqqət çəkib.

Speed, tütün məmulatlarını istehlak edənlərdə “siqaretlə əlaqəli” genlərin olduğunu da müşahidə etdiklərini söyləyib.

Siqaretlə əlaqəli genləri daşıyan, lakin siqaret çəkməyən insanlarda bu genləri daşıyan və siqaret çəkənlərə nisbətən daha az psixi pozğunluq yaranır.

Digər tərəfdən, alim siqaretin psixi sağlamlığın pisləşməsinə səbəb olan bioloji mexanizmin hələ tam başa düşülmədiyini bildirib.