Hindistan Günəşə peyk göndərirbackend

Hindistan Günəşə peyk göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Günəşi öyrənmək məqsədi daşıyan Aditya-L1 peykini uğurla kosmosa çıxarıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (ISRO) Günəşlə Yer arasındakı L-1 Laqranj nöqtəsinə yerləşdirilməsi planlaşdırılan peykin Günəşin ən kənar təbəqəsini və günəş küləklərini müşahidə etmək üçün uğurla göndərildiyini bildirib.

Aditya peyki yerli vaxtla saat 11:50-də Andhra Pradeş əyalətindəki Şriharikota kosmodromundan orbitə buraxılıb.

Layihə ISRO-nun qərargahı Banqalurda yerləşən ilk Günəşi müşahidə missiyası olacaq.

Layihəyə ayrılan büdcə 46 milyon dollar olaraq ifadə edilsə də, ISRO dəyəri açıqlamayıb.