Diplomatik mənbə: “İrəvandan istifadə edərək Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmağa çalışanlar var”backend

Diplomatik mənbə: “İrəvandan istifadə edərək Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmağa çalışanlar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Cənubi Qafqazdan çıxmaq niyyətində deyil”.

“İnterpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın diplomatik mənbələri bildirilib.

Qeyd olunub ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusudur: “İrəvandan istifadə edərək Rusiyanı süni şəkildə Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışanlar var. Lakin Moskva İrəvanla təhlükəsizlik və iqtisadiyyat sahəsində münasibətlərə “asılılıq” kimi deyil, bərabərhüquqlu və səmərəli tərəfdaşlıq kimi baxır”.

Diplomatik mənbə həmçinin bildirib ki, Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlardan və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır: “Bu tonda danışıq qəbuledilməzdir”.

Qeyd edək ki, Paşinyan müsahibəsi zamanı vurğulayıb ki, Rusiya gələcəkdə Cənubi Qafqazda olmaya bilər: “Bir gün yuxudan ayılıb görəcəyik ki, Rusiya artıq bu regionda yoxdur. Əslində, Laçın yolu Rusiya sülhməramlı kontingentinin nəzarətində olmalı idi. İndi belə deyil. Bunun belə olmamasının iki səbəbi var: Ya Rusiya Federasiyası Laçın yolunda nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Düşünürəm ki, bəzi yerlərdə saxlamaq istəmirlər, bəzi yerlərdə isə bacarmırlar”.