Türkiyədə – Amasyanın Taşova rayonunda krandan su içən 150 nəfər ürəkbulanma, qusma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Taşova Bələdiyyəsi xəbərdarlıq edib ki, yeni elan gələnə qədər şəbəkə suyu içməyin.
Rayonda su içən əksəriyyəti uşaq olmaqla ümumilikdə 150 nəfər ürəkbulanma, qusma və ishal şikayətləri ilə Taşova Dövlət Xəstəxanasına müraciət edib. Taşova Bələdiyyəsi sosial media hesabında xəbərdarlıq edib ki, ikinci elana qədər şəbəkə suyu içilməməlidir:
“Xahiş edirik ki, rayonumuzun magistral suyundan yeni bir elan çıxana qədər ehtiyat məqsədi ilə “içməli su” üçün istifadə edilməsin”.
Xəstəxanaya müraciət edən xəstələr müalicə olunduqdan sonra evə buraxılıblar.