Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev xalqımıza çağırış edib.
İnterpress.az xəbər verir ki, onun çağırışında deyilir:
“Vətənimizə,dövlətimizə və xalqımıza yönəlmiş iyrənc,tülkü siyasi cərəyanlarla əlaqədar olaraq son günlərdəki hadisələrlə bağlı olan foto, video, məxfi və ya qeyri-məxfi informasiyaları sosial şəbəkələrdə paylaşmayın!. Hərbi kolonlarımızın və hərbi qulluqçularımızın fəaliyyətini əks etdirən hər hansısa məlumat yaymayın!. Düşmənə nifrətimizi birlik göstərərək, məxfiçiliyi qoruyaraq, qeyri-rəsmi mənbələrdən yayılan xəbərləri yaymayaraq, vətəndaşlarımızı təlaşa salmayaraq, bir-birimizə mehribah olaraq göstərək! Allah yar və yardımçımız olsun!”.