Sürücüsüz taksilər yolu bağladı, təcili yardımda olan yaralı həyatını itirdibackend

Sürücüsüz taksilər yolu bağladı, təcili yardımda olan yaralı həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da sürücüsüz taksilər təcili yardım maşınındakı xəstənin ölümünə səbəb olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Əvvəllər də dəfələrlə hərəkəti iflic edən taksilər ağır yaralının olduğu təcili tibbi yardım maşınının keçidinə mane olub.

ABŞ-ın San-Fransisko şəhərində iki avtonom robot taksi ağır yaralı şəxsi daşıyan təcili yardımın keçidini kəsib.

Xəstəxanaya çatdırılmaq istənilən yaralı qısa müddətdə dünyasını dəyişib. Robot taksilər 4 zolaqlı, bir tərəfli yolun sağ iki zolağında dayanıblar. Təcili yardımın keçməsi üçün digər zolaqdakı polis maşınının yerindən tərpənməsinə ehtiyac qalmayıb. Təcili yardım maşınında olan yaralı qəza yerindən təxminən 3,8 kilometr aralıda yerləşən Zukerberq San-Fransisko Xəstəxanasına çatdıqdan sonra 20-30 dəqiqə ərzində dünyasını dəyişib. Şirkət ittihamları rədd edib. Robot taksilərin sahibi olan Cruise şirkətinin sözçüsü şirkətin günahı olmadığını iddia edib.

“Yaralılar təcili yardıma yüklənən kimi təcili yardım dərhal hadisə yerini tərk etdi və Kruiz heç vaxt avtomobilin qarşısını kəsmədi”, – şirkətdən verilən açıqlamada deyilir.

Cruise-nin New York Times ilə paylaşdığı görüntülərdə təcili yardım da daxil olmaqla digər vasitələrin Cruise taksisinin sağ tərəfindən keçdiyi müəyyən edilib. Görüntülərə görə təcili yardım maşını xəstənin yüklənməsindən təxminən 90 saniyə sonra dayanan Cruise avtomobilinin yanından keçib.